"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu

"Arşın mal alan" Bolqarıstan teatrında səhnəyə qoyuldu
18 sentyabr 2020
# 18:00

Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində “Kadriye Latifova” Musiqili Teatrında dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyası tamaşaya hazırlanıb.

Kulis.az xəbər verir ki, Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşkilatçılığı ilə Bolqarıstanın zəngin tarixə malik olan Kırcali şəhərində “Kadriye Latifova” Musiqili Teatrında dahi bəstəkarın “Arşın mal alan” musiqili komediyası tamaşaya hazırlanıb. Səhnə əsərinin rejissoru Azarbaycan Dövlət Akademik Opera va Balet Teatrının baş rejissoru - Hafiz Quliyev, rəssamı -Tomiana Tomova Naçevadır.

Premyeranın keçirilməsi cari ilin oktyabr ayına planlaşdırılır.

# 1472 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #