"Alacaqaranlıq" seriyasının müəllifindən oxuculara kitab müjdəsi

"Alacaqaranlıq" seriyasının müəllifindən oxuculara kitab müjdəsi
15 avqust 2020
# 13:43

“Alacaqanlıq” seriyasının müəllifi Stefani Mayer iki yeni “Alacaqaranlıq” kitabını yazmağ planlaşdırdığını bildirib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, dünyada xeyli məşhur olan “Alacaqaranlıq” silsiləsinin müəllifi Stefani Mayer son yayımlanan kitabı “Gecəyarısı Günışi” nin təqimatı zamanı daha iki “Alacaqaranlıq” kitabı yazmağı düşündüyünü deyib. Mayer vampirlərdən bəhs edən silsilə kitabının yayımlandığı və ekranlaşdırıldığı dövrdə müzakirələrə səbəb olan əsərini hələ tamamlamadığını və ağlında başqa hekayələrin olduğunu bildirdi. Yazar yeni kitablarla bağlı kiçik ipucları versə də hekayələrin kimdən və nələrdən bəhs etdiyini tam açıqlamayıb.

Qeyd edək ki, silsiləyə daxil edilən dörd kitab əsasında 2008- ci ildən etibarən filmlər çəkilməyə başlanıb. Bella obrazını canlandıran Kristen Stiuart və Eduard obrazını canlandıran Roert Pattinson bu filmlərdən sonra tamaşaçılar tərəfindən daha da bəyənilmişdi.

# 2511 dəfə oxunub

Müəllifin son yazıları

# # #