Tanınmış Türk yazıçısının kitabı Azərbaycanda

Tanınmış Türk yazıçısının kitabı Azərbaycanda
21 sentyabr 2020
# 14:18

Nyu Yorkda yaşayan tanınmış Türk yazıçısı Ali Aksözün “Kölgədəki adam” hekayələr toplusu Azərbaycanda satışa çıxarılıb.

Kulis.az xəbər verir ki, bu barədə yazıçı özü məlumat verib: “ “Kölgədəki adam” nəhayət Azərbaycanda rəflərə çıxır. Qısa zamanda kitabı LİBRAF mağazalarından əldə edə bilərsiniz. Mesaj yazıb kitab haqqında sual verən bütün azərbaycanlı dostlarıma salamlar”.

Ali Aksözün həyatının müxtəlif dövrlərində qələmə aldığı, əksəriyyəti yol hekayələrindən və öz xatirələrindən ibarət olan yazılarında kölgədə keçən bir həyat hekayəsindən bəhs olunur.

Bu hekayələrdə hər kəs səyyahdır. “Kölgədəki adam”ın qəhrəmanları da dünyanın fərqli yerlərindəki şəhərlərin guşələrində gəzir, bilnməyən yollara girir, keçmişdəki ruhları qovalayır.

Xatırladaq ki, Ali Aksöz bir dövr Türkiyədə məşhur reklam və kino filmlərində rol alıb, bir çox serialların ssenarilərini yazıb.

Gallery

# 2321 dəfə oxunub

Müəllifin son yazıları

# # #