Səlahəddin Xəlilovla görüş keçirildi

Səlahəddin Xəlilovla görüş keçirildi
18 noyabr 2022
# 17:40

Dünya Fəlsəfə Günü münasibətilə 17 noyabr saat 19:00-da ˝Libraf˝ kitab mağazasının ˝Park Akademiya˝ filialında "Fəlsəfə gecəsi" keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin qonağı filosof, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, Beynəlxalq Fəlsəfə Araşdırmaları Mərkəzinin rəhbəri Səlahəddin Xəlilov (Əbu Turxan) olub. S.Xəlilov ˝Fəlsəfə və milli özünüdərk˝ haqqında danışıb.

Tədbirdə ˝Fəlsəfə nədir?”, “Bizə fəlsəfə lazımdırmı?”, fəlsəfə və milli şüur, fəlsəfə və elm, fəlsəfə və din, fəlsəfə və ədəbiyyat, fəlsəfə təhsili və təhsilin fəlsəfəsi mövzuları ətrafında müzakirələr aparılıb.

Hər kəsə açıq keçirilən tədbirdə tanınmış ictimai şəxslər, professorlar, filosoflar və çoxlu sayda fəlsəfəsevərlər iştirak edib.

Sonunda iştirakçıların sualları filosof tərəfindən cavablandırılıb, müəllif oxucular üçün kitablarını imzalayıb və xatirə fotolar çəkdirilib.

# 1828 dəfə oxunub

Müəllifin son yazıları

# # #