˝Ramiz Rövşən mükafatı˝ müsabiqəsinin qalibləri bəlli oldu - Video

˝Ramiz Rövşən mükafatı˝ müsabiqəsinin qalibləri bəlli oldu - Video
29 mart 2023
# 18:00

“LİBRAFF” kitab evində ˝Ramiz Rövşən mükafatı˝ müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, onlayn formada təşkil olunan müsabiqə 3 qrup səviyyəsi (I-IV, V-VIII və IX-XI siniflər) üzrə keçirilib. Müvafiq olaraq hər qrup arasından 1 qalib seçilib. Müsabiqənin qaliblərinə mükafatları Xalq şairi Ramiz Rövşən təqdim edib.

Hər bir qalibə bu müsabiqə üçün xüsusi dizayn edilmiş ˝Ramiz Rövşən mükafatı˝, ˝LİBRAFF˝dan 200 AZN-lik hədiyyə kartı, diplom və Xalq şairinin kitablarından ibarət hədiyyə dəsti, münsiflər heyəti tərəfindən seçilən bir neçə nəfər istedadlı qiraətçiyə isə həvəsləndirici mükafatlar təqdim olunub.

Qeyd edək ki, müsabiqənin məktəblilər arasında keçirilməsində məqsəd böyüməkdə olan gənc nəsildə poeziyaya sevgi aşılamaq, onların qiraət qabiliyyətlərini inkişaf etdirməkdir.

Mükafatlandırma mərasimindən videomaterialı təqdim edirik.

# 1153 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #