˝LIBRAFF˝ da “Qarabağ”ın kapitanı ilə görüş keçirildi

˝LIBRAFF˝ da “Qarabağ”ın kapitanı ilə görüş keçirildi
17 may 2023
# 16:00

Teas Press Nəşriyyat evinin və ˝LIBRAFF˝ kitab mağazalarının təşəbbüsü ilə “Qarabağ” futbol komandasının kapitanı Qara Qarayevlə görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüş zamanı tanınmış futbolçu görüş iştirakçılarına idman sahəsindəki inkişaf yolu, bu sahədə rastlaşdıqları çətinliklər, qazandıqları uğur və nailiyyətlər haqqında söhbət açıb. Qara Qarayev idmanla yanaşı elmin, mütaliənin də önəmindən danışıb və ˝3 alma˝nın dünya futbol ulduzlarının həyatından bəhs edən ˝Ronaldo˝, ˝Ronaldinyo˝ və ˝Maradona˝ kitablarını uşaqlar üçün imzalayıb.

Futbolçu görüşdə sağlam həyat tərzinin vacibliyini auditoriyanın diqqətinə çatdırıb. Daha sonra ona ünvanlanan sualları cavablandırıb. Tədbirin sonunda Q.Qarayevlə xatirə şəkilləri çəkdirilib.

# 1470 dəfə oxunub

Müəllifin son yazıları

# # #