Markes Kolumbiyanı qarışdırdı

Markes Kolumbiyanı qarışdırdı
28 noyabr 2014
# 12:46

Qabriel Qarsiya Markesin şəxsi arxivinin Texas Universitetinin Harrly Ronsim Mərkəzinə satılması Kolumbiyada qalmaqala səbəb olub. Kulis.Azın cnn.com.tr-yə istinadən verdiyi xəbərə görə Kolumbiya Mədəniyyət naziri Mariana Gerces arxivin Texas Universiteti tərəfindən alınmasının ölkə üçün böyük itki olduğunu vurğulayıb.

Yazıçının ailəsi isə hökumətin arxiv üçün onlarla əlaqə saxlamadığını bildirib.

Bundan sonra Kolumbiya hökuməti sosial şəbəkələrdə sərt şəkildə tənqid edilib. Hökumət Markes irsinə laqeyd qalmaqda günahlandırılır.

Kolumbiya Milli Kitabxanası isə rəsmi Twitter səhifəsində Nobel mükafatlı yazıçının “Yüz ilin tənhalığı” romanının maşınkada yazılmış əlyazması da daxil olmaqla bir neçə kitabının ölkədə qalacağını vurğulayıb.

Hökumətin belə məsələlərlə laqeyd qalmasını pisləyən yazıçı Eduardo Merceles isə verdiyi açıqlamada deyib: “Arxiv xaricə çıxarılmadan öncə kolumbiyalılara onu almaq üçün şans verilməliydi”.

# 1845 dəfə oxunub

Müəllifin son yazıları

# # #