Kitab kimi sinəsini açan qadın

Kitab kimi sinəsini açan qadın
12 iyun 2014
# 14:40

Pərviz Əkbər

Qadınlar kitab kimidir.

Öncə əlçatmaz görünür.

Sonra maraqsız.

Bağlandıqca çox sevər.

Ayrılmamağa çalışarsan.

Bitirdikdən sonra isə.

Xəyalıyla yaşarsan.

Qadınlar kitab kimidir.

Qoxusu bir başqadır.

Nə qədər oxunsa da,

Eyni hissi yaşadır.

Qadınlar kitab kimidir.

Toxunduqca həzz alarsan.

İçərisindən yaralıysa.

Anlamaq da çətin gəlir.

Bilmədiyin o parçası.

Hər yerindən üstün gəlir...

Qadınlar kitab kimidir.

Bəziləri əzab olur.

Yaşanması sıxıcıdır.

Bəziləri bir gecəlik yuxu kimi.

Şirin, gözəl, axıcıdır.

Qadınlar kitab kimidir.

Həyəcanlı.

Öz dünyasını saçır sənə.

Sən ona bağlandıqca.

Sinəsini açır sənə.

Qadınlar kitab kimidir.

Gözəlin hər kəs oxumaq istər.

Oxumalı.

Gözəllərə gözəllikcə toxunmalı.

# 2195 dəfə oxunub

Müəllifin son yazıları

# # #