“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında

“Yulaf dönərgə” Kann Beynəlxalq Kino Festivalında
19 may 2026
# 13:30

Polşa, Almaniya və Azərbaycanın birgə istehsalı olan, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə çəkilən “Yulaf dönərgə” qısametrajlı animasiya filmi 79-cu Beynəlxalq Kann Kino Festivalının kino sənayesi hissəsi çərçivəsində gerçəkləşən “SFC | Rendez-vous Industry” proqramına daxil edilib.

Kulis.az xəbər verir ki, filmin prodüserləri müvafiq olaraq Paulina Ratajczak, Karsten Matern və Rəşid Ağamalıyevdir.

Film Azərbaycanla birgə həyata keçirilən ilk beynəlxalq animasiya layihəsidir.

Stop motion, plastilin və 3D texnikalarından istifadə olunaraq yaradılmış “Yulaf dönərgə” filmi səhər yeməyi zamanı valideynləri arasında baş verən mübahisə zəminində uşaqda yaranan mürəkkəb emosiyalar haqqında duyğusal animasiya filmidir.

Filmin dünya premyerası 30-cu Animak Kataloniya Beynəlxalq Animasiya Film Festivalında, alman premyerası OSKAR kvalifikasiyalı 33-cü Ştutqart Beynəlxalq Animasiya Filmləri Festivalında, Azərbaycan premyerası isə 9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında baş tutub.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər