"Evlilik deserti axırda verilən uzun bir pəhriz yeməyidir" - Kubrikin ssenariləri tapılıb

"Evlilik deserti axırda verilən uzun bir pəhriz yeməyidir" - Kubrikin ssenariləri tapılıb
13 iyul 2019
# 11:05

Amerika və Britaniya rejissoru, dünyaca məşhur Stenli Kubrikin üç çap olunmamış ssenarisi tapılıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yazılar 1954-1956-cı illərə aiddir. Onlar “Evli kişi”, “İdeal nikah”, “Qısqanclıq” adlanırlar.

“Nikah uzun bir monastır yeməyidir ki, deserti ən axırda verilir” – deyə ssenarilərdən birində Kubrik yazır. SSenarinin yazılma dövründə rejissorun rəqqasə Rut Sobotka ilə nikahda problem yaşadığı qeyd olunur. Kubrik ondan 1957-ci ildə ayrılır.

Banqor Universitetinin professou Natan Abraamsın sözlərinə görə, ssenari Kubrikin evində aşkar olunub. Natan Abrams söyləyib ki, əlyazmalarda sonradan rejissorun “Geniş qapanmış gözlərlə” filmində əks olunan ideyalar var.

Ötən il Britaniyada Kubrikin “Sıxıcı sirr” itmiş ssenarisi tapılmışdı. Yazı 100 səhifədən artıq idi. “Ssenari demək olar ki tamamlanmışdı və onunla kinematoqraflar işləyə bilər”, deyə Abrams əlavə edib.

Kubrik 1999-cu ildə, bir neçə layihəsini tamamlamağa macal tapmadan vəfat etmişdi. Elə həmin il Stiven Spilberqin onun ssenarisi ilə çəkdiyi “Süni intellekt” filmi ekranlara çıxmışdı.

# 1885 dəfə oxunub

Müəllifin son yazıları

# # #