“Boşluğun şahidi olduq” - Fəxrəddin Manafov Fuad Poladovdan danışdı

“Boşluğun şahidi olduq” - Fəxrəddin Manafov Fuad Poladovdan danışdı
29 aprel 2019
# 10:47

Doğmaların, dostların həyatdan gedişi, həmişəlik yox olması insan xoşbəxtliyinin azalması, qeybə çəkilməsi deməkdir. Sənətkar itkisi, gedişi isə çox tərəfli olur. Sənət aləmi, tamaşaçı auditoriyası yox olmanın, gözəgörünməzə qovuşmanın ən güclüsünü bir il bundan əvvəl mayın 5-də böyük sənətkar Fuad Poladovu itirəndə hiss etdi. Həmin gün Fəxrəddin Manafov da bu itkinin ağrısını ən ağır formada yaşayanlardan olmuş, qara eynəyinin arxasından süzülən göz yaşlarını qəhərlə birgə udaraq danışmağa çalışmışdı:

“Biz bunu gözləyirdik. Amma insan qəribə məxluqdur. Gözləyə-gözləyə hanısa bir nağıla inanır. Elə bilir ki, bu olmayacaq. Amma bu oldu.”

Aradan bir il ötüb artıq inanılası nağıllar da qalmayıb...

Fəxrəddin Manafov hər zaman özünə örnək bildiyi dostunun, həmkarının bir illik yoxluğunu bu cür ifadə edir:

“Təkrarsız insan, yeri doldurulmayacaq aktyor. Ötən bir il ərzində biz teatr və kino sferasındakı boşluğun şahidi olduq. Bu boşluq Fuad Poladovun yoxluğu ilə bağlı idi. Bu gün kainatda onun adını daşıyan ulduzla yanaşı, həm də dərin bir heçlik mövcuddur. Allah sənə rəhmət etsin. Sakit yat, Poladov!”

# 2833 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #