Hakerlərdən yeni hədə: “Taxt oyunları” serialının finalını yayacağıq”

<b>Hakerlərdən yeni hədə: “Taxt oyunları” serialının finalını yayacağıq”</b>
21 avqust 2017
# 10:30

NVO telekanalının kompüter şəbəkəsini sındıran hakerlər kanalı “Taxt oyunları” serialının yeddinci mövsümünün finalını internetə yerləşdirəcəkləri ilə hədələyiblər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, şirkət hakerlərlə danışığa getməyəcəyini bəyan edib.

Xatırladaq ki hakerlər əllərində olan məlumatlara görə 6 milyon dollardan artıq pul tələb edirlər.

NVO şəbəkəsinə kiber hücum barədə avqustun 1-də xəbər yayılıb. Hakerlər serialın rəsmi premyerası olmayan seriyaların ssenarilərini və aktyorlar haqda şəxsi məlumatları internetə yerləşdiriblər.

Bir neçə gün əvvəl Hindistanda cinayətkar qruplaşmada şübhəli bilinən 4 nəfər saxlanılıb.

“Taxt oyunları” 2011-ci ildən NVO kanalında yayımlanır. Fentezi-dastan yazıçı Corc Martinin “Buzun və alovun nəğməsi” kitablar seriyası əsasında çəkilir. Yeddinci mövsümün sonuncu premyerası avqustun 27-də olmalıdır.

# 1010 dəfə oxunub

Müəllifin son yazıları

# # #