Məşhur aktyor boşananda arvadına hər il üçün 2.3 milyon dollar ödəyəcək

Məşhur aktyor boşananda arvadına hər il üçün 2.3 milyon dollar ödəyəcək
3 sentyabr 2013
# 12:41

Maykl Duqlas evli qaldıqları hər il üçün həyat yoldaşı Kətrin Zeta Consa 2.3 milyon dollar ödəyəcək. Kulis.Azın türk mətbuatına istinadən verdiyi məlumata görə məşhur aktyorlar evlənən zaman belə bir müqavilə bağlayıblarmış.

13 ildir evli olan cütlük bu yaxınlarda ictimaiyyətə boşanacaqlarını elan ediblər. Kətrini Maykl Duqlasla bu cür şərtlərlə müqavilə bağlamağa vadar edən səbəb ərinin əvvəlki evliliyi zamanı dəfələrlə həyat yoldaşına xəyanət etməsi olub. Buna görə məşhur Hollivud ulduzu gələcək əri ilə belə müqavilə imzalayıbmış. Müqavilənin şərtinə görə Duqlas ona xəyanət edəcəyi təqdirdə hər il üçün 5 milyon dollar ödəməli idi.

Cütlüyə yaxın olanların dediklərinə görə Maykl Duqlasla Kətrin Zeta Cons 18 aydan artıqdır ki, birlikdə görünmürlər. Yəqin ki, müqavilə onların boşanmasını çətinləşdirəcək.

# 2495 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #