Tamaşaçıların da iştirak edəcəyi teatr yarandı-ADO

Tamaşaçıların da iştirak edəcəyi teatr yarandı-ADO
13 oktyabr 2015
# 12:14

Oda Teatrının rəhbəri Elmin Bədəlov daha bir müstəqil teatr təsis edib. Bu barədə Kulisə məlumat verən Elmin Bədəlov deyib ki, yeni teatr ADO adlanır.

Onun sözlərinə görə, yeni teatrın yaxın günlərdə açılışı da olacaq: “Bu teatr üçün artıq yeni stildə bir tamaşa da hazırlamışıq. Teatrın açılışı günü həmin tamaşanın premyerasını da edəcəyik. Premyara 3 gün – 16, 17, 18 oktyabrda baş tutacaq”.

Yeni yaranan ADO Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlov onu da bildirib ki, Azərbaycanda bu səpkili teatr yoxdur və təzə tamaşa ölkədə böyük diqqətə səbəb olacaq: “Oda Teatrı ölkədəki teatrlara alternativ idisə, ADO bütün teatrlara, o cümlədən Oda-ya da alternativ olacaq. Bu teatrda artıq tamaşaçı da tamamilə hadisələrin içində olacaq.”

ADO teatrının qurulmasına sentyabrın 1-dən start verilib. Yeni teatrın yaranmasında Oda teatrının dəstəyi olub. Elə bu səbəbdən də yeni teatrın adı Oda Teatrının adının tərsinə olaraq ADO qoyulub.

# 1009 dəfə oxunub

Müəllifin son yazıları

# # #