Opera və Balet Teatrında anşlaq: “Şəhrizad”

Opera və Balet Teatrında anşlaq: “Şəhrizad”
15 fevral 2018
# 16:52

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.Rinski-Korsakovun “Şəhrizad” baleti təqdim olunub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, anşlaqla qarşılanan tamaşada respublikanın tanınmış mədəniyyət, incəsənət və ictimai xadimləri iştirak edib.

Səhnə əsərində əsas rolları truppanın aparıcı solistləri - Elmira Süleymanova və Əməkdar Artist Samir Səmədov canlandırıblar. Balet Xalq Artisti, professor Yalçın Adıgözəlov tərəfindən idarə edilib.

# 1511 dəfə oxunub

Müəllifin son yazıları

# # #