Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film televiziyada göstəriləcək

Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film televiziyada göstəriləcək
4 iyun 2017
# 18:42

İranlı rejissor Məcid Məcidinin İslam peyğəmbərindən bəhs edən “Həzrəti Məhəmməd - Allahın elçisi” filmi nəhayət ki, televiziyada göstəriləvcək.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, film çərşənbə axşamı saat 21-də (Bakı vaxtilə 22:00-da) Türkiyədən yayımlanan ATV kanalında nümayiş olunacaq.

Xatırladaq ki, çəkilişlərinə 2011-ci ildən başlanılan filmin istehsal prosesi kimi kinoteatrlarda nümayişi də qalmaqala səbəb olmuşdu.

İslam peyğəmbərinin vizual göründüyü film bəzi radikal dindarların sərt etirazına səbəb olmuşdu.

Bütün maneələrə baxmayaraq film müxtəlif ölkələrdə, eyni zamnda Türkiyədə uğurla nümayiş olunub.

# 1988 dəfə oxunub

Müəllifin son yazıları

# # #