Yuğ Teatrında Kamal Abdullanın yeni kitabı təqdim olunacaq

Yuğ Teatrında Kamal Abdullanın yeni kitabı təqdim olunacaq
5 iyul 2017
# 12:24

Yazıçı Kamal Abdullanın "Kitabi-Dədə Qorqud poetikasına giriş" kitabının təqdimat mərasimi keçiriləcək.

Yuğ Teatrının mətbuat xidmətindən Kulis.aza verilən xəbərə görə təqdimat 7 iyul, saat 19:00-da baş tutacaq.

Kitab “Gizli Dədə Qorqud” silsiləsindən olan çalışmaların davamıdır. Əsərdə qədim mətnlərin poetik dili ilə bağlı araşdırmalar yer alıb. “Polyqraf” nəşriyyatında çap olunan kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Əliş Mirzallıdır.

# 1680 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #