“Kənddə sonuncu yəhudi” film festivalda iştirak edəcək

“Kənddə sonuncu yəhudi” film festivalda iştirak edəcək
13 may 2016
# 13:15

“Kənddə sonuncu yəhudi” sənədli filmi İsrailin Afula şəhərində keçiriləcək Near Nazaret Film Festivalında iştirak edəcək. Kulis.Azın verdiyi məlumata görə 17-31 May tarixlərində baş tutacaq festivalın əsas məqsədi-xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsinə xidmət etməkdir.

Festivalda 65 ölkənin nümayəndəsi iştirak edəcək.

“Kənddə sonuncu yəhudi” sənədli filmi festivalın əsas-konkurs proqramına daxil edilib.

Filmin rejissoru Rüfət Əsədov, ssenari müəllifləri isə Vaqif Azəryar və Rüfət Əsədovdur. Filmin xronometrajı 32 dəqiqədir.

Film ailəsi, qohumları İsrailə köçsə də doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.

# 1074 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #