Tbilisidə “Əli və Nino” tamaşasının premyerası olub

Tbilisidə “Əli və Nino” tamaşasının premyerası olub
2 may 2018
# 10:01

Tbilisidə Şota Rustaveli adına Teatrda “Əli və Nino” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, İvane Maçabeli adına Tsxinvali Dövlət Dram Teatrı tərəfindən hazırlanmış tamaşanın rejissoru Qoça Kapanadzedir.

Q. Kapanadzenin dediyinə görə, tamaşa Gürcüstan və Azərbaycanda ilk respublikaların yaranmasının 100 illik yubileyinə həsr olunub və Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə hazırlanıb: "Tamaşada Azərbaycan musiqilərindən də istifadə olunub. Azərbaycan tərəfdən dəvət olarsa, tamaşa Bakıda da nümayiş etdiriləcək".

Rejissor qeyd edib ki, mayın 19-da tamaşa Gürcüstan parlamentində də göstəriləcək.

Premyerada Gürcüstanın tanınmış ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, “Əli və Nino” əsəri Gürcüstanda ilk dəfə səhnələşdirilib. Qurban Səidin müəllifi olduğu “Əli və Nino” əsəri azərbaycanlı gənc Əli və gürcü qızı Nino arasında məhəbbət hekayəsindən bəhs edir. Əsərdə həmçinin XX əsrin əvvəllərində Cənubi Qafqazda baş verən siyasi hadisələr də təsvir olunub.

# 1129 dəfə oxunub

Müəllifin son yazıları

# # #