"Sonuncu pərdə" filminin treyleri yayıldı - Video

"Sonuncu pərdə" filminin treyleri yayıldı - Video
12 sentyabr 2019
# 18:31

Rejissor Emil Quliyevin çoxdan gözlənilən “Sonuncu pərdə” filminin treyleri yayımlanıb.

Kulis.az-ın verdiyi xəbərə görə, Azərbaycan və Fransanın müştərək istehsalı olan film oktyabrın 18-dən park cinema kinoteatrlarında nümayişə çıxarılacaq. "Sonuncu pərdə" trilogiyanın sonuncusudur.

Dram janrında olan filmdə baş rollarda Vidadi Həsənov, Cövdət Şükürov, Oktay Mehdiyev ,Nofəl Şahlaroğlu çəıkiliblər. Ssenari müəllifləri Emil Quliyev və Qorqud Cəfərdir.

“Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta “yüz ilin” dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verimiş olurlar. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir və insani dəyərlər artıq dəyişib”-filmin sinopsisndə yazılıb.

Sözügedən filmin treylerini sizə təqdim edirik.

# 5332 dəfə oxunub

Müəllifin son yazıları

# # #