Peyğəmbər haqda məşhur film Bakıda təqdim olunacaq

Peyğəmbər haqda məşhur film Bakıda təqdim olunacaq
25 iyun 2018
# 10:55

İyunun 28-i saat 17-də Nizami Kino Mərkəzində görkəmli İran rejissoru Məcid Məcidinin “Məhəmməd: Allahın elçisi” filmi təqdim olunacaq.

Kulis.azın verdiyi xəbərə görə, İran Mədəniyyəti Günləri çərçivəsində nümayiş olunacaq film hələ çəkilişləri bitməmiş xeyli səs-küy salmışdı.

Belə ki, İslam tarixində ilk dəfə olaraq bu filmdə peyğəmbərin siması göstərilir.

Bunun üçün İran din xadimlərinin məxsusi razılığı alınmışdı.

Filmdə əsasən Məhəmməd peyğəmbərin körpəlik və uşaqlıq vaxtları təsvir edilir.

# 837 dəfə oxunub

Müəllifin son yazıları

# # #