Kann kinofestivalının qalibləri bəlli oldu

<b>Kann kinofestivalının qalibləri bəlli oldu</b>
19 may 2018
# 22:55

Bu dəqiqələrdə 71-ci Kann Kinofestivalının mükafatları qaliblərə təqdim olunub.

Kulis.az xəbər verir ki, “Qızıl Palma budağı” “Dükan oğruları” filminin müəllifi yapon rejissor Xirokadzu Koreeadaya verilib.

Festivalın Qran Pri mükafatı “Qara klançı” filminə görə Spayk Liye, jürinin xüsusi mükafatı isə “Kopernaum” filminə görə Nadin Labakiyə verilib.

"Ən yaxşı rejissor işi"nə görə polyak rejissor Pavel Pavlikovskinin “Soyuq müharibə” filmi mükafatlandırılıb

"Üç üz" filminə görə Cəfər Pənahi və "Xoşbəxt Lazar" filminə görə Aliçe Rorxxaver "Ən yaxşı ssenari” nominasiyasının qalibi olublar.

"Ən yaxşı qısametrajlı film" nominasiyasında "Qızıl Palma budağı"na Çarlz Uilyamsın “Bütün bu varlıqlar" filmi layiq görülüb.

Ən yaxşı qadın roluna görə qazax aktrisa Samal Eslyamova (“Ayka”), ən yaxşı kişi roluna görə italyan aktyor Marçello Fonte ("Doqmen") fərqləniblər.

Əsas proqrama qatılan görkəmli rejissor Jan Lyuk Qodarsa "Kinematoqrafiyaya töhvələrinə görə” mükafatlandırılıb.

# 1272 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #