Bakıda 8-ci Avropa Film Festivalının açılışı olub

Bakıda 8-ci Avropa Film Festivalının açılışı olub
2 noyabr 2017
# 20:34

Bakıda 8-ci Avropa Film Festivalı başlayıb.

APA-nın məlumatına görə, festivalın açılış mərasimində çıxış edən Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas film festivalının keçirilməsinin artıq çox gözəl bir ənənəyə çevrildiyini bildirib. Onun sözlərinə görə, bu kimi festivallar Aİ ilə Azərbaycan arasında olan yaxşı münasibətləri əks etdirir: "Bu film festivalı vasitəsi ilə bir birimizi daha yaxşı öyrənirik və münasibətlərimiz daha da yaxşılaşır".

Avropa Film Festivalı Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, Aİ-yə üzv ölkələrinin Azərbaycandakı səfirlikləri və Norveç səfirliyi tərəfindən təşkil olunub. Festivalda Azərbaycandan bir film nümayiş olunacaq. Festival noyabrın 11-nə kimi davam edəcək. Festivalın açılışı Fransa istehsalı olan "Lumer" filmi ilə edilib.

# 1330 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #