Mikayıl Müşfiqə həsr olunan tamaşa göstəriləcək

Mikayıl Müşfiqə həsr olunan tamaşa göstəriləcək
3 oktyabr 2019
# 13:55

“Azdrama”da Mikayıl Müşfiqin xatirəsinə tamaşa ithaf olunub.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, Azərbaycan Akademik Milli Dram Teatrında “Ah, bu uzun sevda yolu” tamaşası oktyabr repertuarına salınıb.

Oktyabrın 12-də təqdim ediləcək səhnə əsəri dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb.

Tamaşanın bədii rəhbəri və quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq artisti Hacı İsmayılov, Əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edəcək.

# 1929 dəfə oxunub

Müəllifin son yazıları

# # #