Venesiya festivalı jürisinə rəhbər təyin olundu

Venesiya festivalı jürisinə rəhbər təyin olundu
5 iyul 2017
# 15:38

Amerikalı aktrisa Annet Beninq 74-cü Venesiya festivalının münsiflər heyətinə başçılıq edəcək.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, festivalın bədii rəhbəri Alberto Barberaın fikrincə, artıq uzun-uzun kişi siyahılarından imtina edib, qadınları beynəlxalq festivalların jürisi roluna dəvət etmək lazımdır.

Sonuncu dəfə Venesiya festivalının jürisinə rəhbərlik edən qadın aktrisa Ketrin Denev olub və bu, 2006-cı ildə baş verib.

Xatırladaq ki, Annet Benninq “Valmon”, “Amerikasayağı gözəllik”, “Teatr” kimi filmlərdən tanınır. Aktrisa ikiqat “Qızıl qlobus” mükafatı laureatıdır.

# 966 dəfə oxunub

Müəllifin son yazıları

# # #