“Nabat” filmi beynəlxalq festivala dəvət alıb

“Nabat” filmi beynəlxalq festivala dəvət alıb
21 sentyabr 2016
# 11:00

“Nabat” filmi Beynəlxalq “Didor” film festivalına dəvət alıb.

Kulis.Az-ın məlumatına görə, film festivalın müsabiqə proqramında yer alıb.

Festivalın açılış mərasimi oktyabrın 16-da Tacikistanın paytaxtı Düşənbədə baş tutacaq.

Xatırladaq ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Nabat” bədii filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Fatimə Məhəmməd Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar. Filmin beynəlxalq premyerası Venesiya film festivalının “Orizzonti” müsabiqə proqramının çərçivəsində baş tutub.

# 895 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #