Görkəmli rejissorun yaradıcılıq otağı açılacaq

Görkəmli rejissorun yaradıcılıq otağı açılacaq
11 mart 2019
# 13:19

Martın 14-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadənin vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olacaq.

Bu barədə Kulis.aza kinostudiyadan bildiriblər.

Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, mədəniyyətimizin inkişafındakı xidmətləri vurğulanacaq.

Qeyd edək ki, bu il yanvarın 24-də Prezident İlham Əliyev görkəmli rejissorun 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, bununla əlaqədar tədbirlər planının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təkliflərini nəzərə almaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

# 2197 dəfə oxunub

Müəllifin son yazıları

# # #