Təqdim olunan kitabın tamaşası da oynanılacaq

Təqdim olunan kitabın tamaşası da oynanılacaq
26 iyul 2018
# 17:40

Bu gün saat 20-də ADO teatrında "Yağış, yağış, yağış..." adlı tamaşa nümayiş etdiriləcək.

Teatrdan Kulis.aza verilən xəbərə görə, eyni zamanda ADO`nun nəşr etdiyi "Meşələrin astanasındakı gecə" kitabının təqdimatı da olacaq.

Elə tamaşa da Fransanın məşhur, modern dramaturqu kimi tanınan Bernar-Mari Koltesin “Meşələrin astanasındakı gecə” əsəri əsasında hazırlanıb.

Tamaşanın rejissoru Elza Furtado, aktyoru Elmin Bədəlovdur.

“Meşələrin astanasındakı gecə” əsəri Azərbaycan dilinə Fransanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Fransa İnstitutunun təşəbbüsü və maliyyə dəstəyi ilə tərcümə olunub. Əsəri Fransız dilindən Gülnarə Sadıxova çevirib.

# 869 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #