Roman Polanski Kinoakademiyanı məhkəməyə verir

Roman Polanski Kinoakademiyanı məhkəməyə verir
10 may 2018
# 10:26

Roman Polanski Amerika Kinoakademiyasını məhkəməyə vermək istəyir.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur rejissor kinoakademiyadan çıxarılmasını doğru hesab etmir.

Rejissor ona söz haqqı verilmədiyini bildirib. Polanskinin vəkili kinoakademiyanın iddiasını əsassız hesab edir. Günahkar bilinən şəxsin fikrini öyrənməmək, onu dinləməmək Kaliforniya qanunlarına ziddir.

“Biz sadəcə mövqeyimizi ifadə etmək istəyirik” – deyə vəkil əlavə edib.

Vəkil hesab edir ki, kinoakademiya məhkəməyə verilməli və məsələyə yenidən baxılmalıdır.

O, əlavə edib ki, Polanski kinoakademiyanın üzvlərini münafiq sayır. Çünki 2003-cü ildə “Pianist” filminə görə ona Oskar veriləndə hamısı ayağa durub əl çalmışdı. Halbuki həmin vaxt təcavüz ittihamı da vardı.

Xatırladaq ki, Roman Polanski bu yaxınlarda təcavüz ittihamı ilə Amerika Kinoakademiyasından kənarlaşdırılmışdı.

# 1717 dəfə oxunub

Müəllifin son yazıları

# # #