Azərbaycanlı aktyorlar rus serialına çəkilir - Fotolar

Azərbaycanlı aktyorlar rus serialına çəkilir - Fotolar
12 sentyabr 2019
# 10:24

Azərbaycanlı aktyor, Xalq Artisti Pərviz Məmmədrzayev Rusiya istehsalı olan “Rus qul” serialında çəkilir.

Kulis.az-ın verdiyi xəbərə görə, hazırda müvafiq bölümlərinin Türkiyədə, “Köşəm sultan” serialının pavilyonunda baş tutan çəkilişlərində həmçinin azərbaycanlı aktyor Kamran Ağabalayev də çəkilir. Aktyorların lahiyədə istirakı ucun təqdimat “Actor's agency” tərəfindən verilib.

Pərviz Məmmədrzayev bu serialda qubernator rolunda, Kamran Ağabalayev isə baş rollardan olan Bəyazid rolunda çıxış edir.

Rusiyanın birinci kanalı üçün çəkilən “Rus qul” tarixi serialı Boris Qodunov zamanlarından bəhs edir və Osmanlı imperiyası ilə bağlıdır. Baş rolda İlya Malakov çıxış edir. Serialın ssenari yazarları Aleksey Qravitskiy, Sergey Yudakov və Sergey Volkov, rejissoru İvan Şurxivetskiydir.

# 2606 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #