Kventin Tarantino tamaşaçılara məktub yazıb -Mətn

Kventin Tarantino tamaşaçılara məktub yazıb -<span style="color:red;">Mətn
21 may 2019
# 15:11

Yeni filminin premyerasını 72-ci Kann festivalında keçirəcək Kventin Tarantino tamaşaçılara məktub yazıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, rejissor festivalda yarışan “Bir dəfə Hollivudda" filmi ilə bağlı spoylerlərin qarşısını almaq üçün tamaşaçılara xitab edən məktub yazıb. O, məktubda filmi izlədikdən sonra filmdən hansısa məlumatları paylaşmamağı xahiş edib.

“Mən kinonu sevirəm, siz də sevirsiniz. Kino, bir hekayəni ilk dəfə kəşf etmək yolçuluğudur. Aktyorlar və çəkiliş heyəti orijinal bir şey yaratmaq üçün çox çalışdı mən sizdən sadəcə olaraq, bu filmi sonra izləyəcək adamların da eyni kəşfləri, zövqü yaşamasına mane olmamağı xahiş edirəm.” –deyə, o məktubda bildirib.

Tarantinonun “Bir dəfə Hollivudda” filmində hadisələr 1960-cı illərdə baş verir. Filmlərdə baş rollarda Leanardo Di Kaprio və Bred Pitt oynayır. Bundan başq aktyor heyətində Marqot Robbi, Al Paçino, Kurt Rassel, Tim Rot, Dakota Fanninq, Timoti Olifant, Mişel Madsen kimi adlar var.

# 1894 dəfə oxunub

Müəllifin son yazıları

# # #