Nuri Bilgə Ceylanın foto sərgisi keçiriləcək

Nuri Bilgə Ceylanın foto sərgisi keçiriləcək
25 iyun 2018
# 16:20

Dünyaca məşhur türk rejissoru, fotoqrafı Kann festivalı laureatı, Nuri Bilgə Ceylan Sarayevoda keçiriləcək Film Festivalının fəxri qonağı olacaq.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, festival 10-17 avqust tarixlərində baş tutacaq.

Festival çərçivəsində Ceylanın çəkdiyi fotolardan ibarət sərginin də keçiriləcəyi bildirilir. Bundan əvvəl rejissorun Yunanıstan, İngiltərə, İspaniya, Fransa, Polşa, Almaniya və ABŞ-da da foto sərgiləri keçirilib.

# 1153 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #