“Receb İvedik 6”nın nümayiş tarixi bilindi

“Receb İvedik 6”nın nümayiş tarixi bilindi
4 iyun 2018
# 10:12

Türk komediyasında satış rekordları qıran “Receb İvedik”in növbəti filmi gəlir.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbər görə, bu haqda aktyor Şahan Gökbahar məlumat verib.

O, sosial mediadan “Receb İvedik 6”-nın afişasını nümayiş etdirib.

Film 2019-cu ildə ekranlara çıxacaq.

Şahan Gökbakar afişanın altından bu sözləri yazıb: “Receb İvedik 6, Afrika... Gülməyə hazırsınız?”

Bununla aktyor filmin Afrikada keçəcəyini bəyan edib.

# 2944 dəfə oxunub

Müəllifin son yazıları

# # #