“Sərhədsiz kino” layihəsi başa çatır

“Sərhədsiz kino” layihəsi başa çatır
30 may 2018
# 16:45

Sabah Azərbaycan dilində ekranlaşdırılmış İran filmlərinin nümayişini nəzərdə tutan “Sərhədis kino” layihəsinin son gündür.

Kulis.azın verdiyi xəbər görə, mayın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində başlanan layihənin təşkilatçısı tanınmış iranlı kinorejissor və prodüser Rıza Siamidir.

Layihədə Təbriz, Ərdəbil və Urmiyadan olan rejissorların Azərbaycan dilində ekranlaşdırdığı filmlər təqdim edilib. Onlardan dördü sənədli, onu isə bədii film idi.

Layihə çərçivəsində rejissorlar tələbələrlə görüşüb, master-klaslar təşkil olunub. Eyni zamnda, "Nəcis" (rejissoru Bəhnən və Bəhrəm Ərk), "Qəfəs" (rejissoru Şahzad Qureyiş), "Səs" (rejissoru Ərturan Nəcəfi Göl), "Qarlı damlar" (rejissoru Haydə Muradi), "999999999" (rejissoru Kərim Əzimi), "Ardak" (rejissoru İsmayıl Münsif), "Yara" (rejissoru Əlirza Səlmanpur), "Mən İsmətəm" (rejissoru Leyla Novruzi), "Daş abidə" (rejissoru Rza Cəfərzadə), "Ətirşahın qışı" (rejissoru Leyla Əhədi) filmləri nümayiş olunub.

Sabah isə "Sərhəd uşağı" (rejissoru Rza Camali), "Şimşək" (rejissoru Fərhad Eyvəzi), "Məzarlıq kişiləri" (rejissoru Əli Mərdümi), "Doğum" adlı filmlərin (rejissoru Siyamək Əta) nümayişi gözlənilir.

# 2389 dəfə oxunub

Müəllifin son yazıları

# # #