Fəxri “Qızıl ayı” Uilyam Defoya veriləcək

Fəxri “Qızıl ayı” Uilyam Defoya veriləcək
15 fevral 2018
# 10:17

Bu il Berlin beynəlxalq kinofestivalının fəxri “Qızıl ayı” mükafatı Amerika aktyoru Uilyam Defoya təqdim ediləcək.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə mükafatlandırma mərasimi fevralın 20-də baş tutacaq.

Təqdimetmədən sonra Defonun baş rol oynadığı “Ovçu” filmi nümayiş olunacaq.

68-ci Berlin beynəlxalq konifestivalı bu gün başlayır, 25 fevrala qədər davam edəcək.

# 889 dəfə oxunub

Müəllifin son yazıları

# # #