ƏSA Teatrı tanınmış jurnalistə yardım edəcək

ƏSA Teatrı tanınmış jurnalistə yardım edəcək
6 dekabr 2017
# 12:40



Əlilliyi olan aktyorlardan ibarət ölkənin ilk inklüziv ƏSA Teatrı tanınmış jurnalist Ülviyyə Həsənqızının müalicəsi üçün yardım edəcək.

Teatr rəhbərliyindən Kulis.aza verilən məlumata görə, 19 dekabr saat 19:15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq “Adamlar və siçanlar” tamaşasının satılmış biletlərindən əldə olunan gəlirin 50%-i Ülviyyə Həsənqızının müalicəsi üçün istifadə olunacaq.

Teatr növbəti tamaşa nümayişlərində maddi dəstəyə ehtiyacı olan digər şəxslərə də yardım göstərəcəyini açıqlayıb.

Xatırladaq ki, jurnalist Ülviyyə Həsənqızı bir müddətdir ağır onkoloji (xərçəng) xəstəlikdən əziyyət çəkir. Yaxın vaxt ərzində ağır əməliyyat keçirəcək. Jurnalistin maddi imkanı yetərli deyil.

Qeyd edək ki, Əsa Teatrının sözügedən tamaşası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutacaq.

Biletlərin qiyməti 10, 15, 20, 30, 50 AZN təşkil edir.

Əlaqə: (012) 596-18-07; (055) 311-05-98; (077) 500-63-70

# 1393 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #