Məşhur rejissoru zorakılıqda ittiham etdilər

Məşhur rejissoru zorakılıqda ittiham etdilər
1 noyabr 2016
# 16:35

Məşhur rejissor Alfred Hiçkok seksual zorakılıqda ittiham olunur.

Kulis.Az rus mətbuatına istinadən xəbər verir ki, aktrisa Tippi Hedrenin iddiasına görə, bu 1960-cı illərdə birlikdə işlədikləri vaxt olub.

Aktrisa avtobioqrafiyasında qeyd edir ki, rejissor onu öz limuzininə dəvət edib və öpməyə cəhd edib. Qadın bu hadisəni “dəhşətli dəqiqələr” kimi qələmə alıb.

O vaxtların gözəl sarışını Tippi Hedren Hiçkokun ofisində görüşdüklərini də kitabda qeyd edib: “Məni görəndə tutuldu və tez ayağa durdu. Əlləri ilə məni özünə tərəf çəkdi”.

Aktrisa daha sonra yazır: “Bu qadın düşkünlüyüdür, etdiyi hərəkət doğru deyildi. Çox dəhşətli hadisədir bu. Mən şokdaydım, təəccübdən ağzım açıq qalmışdı. Özümü müdafiə etdikcə daha da aqressivləşirdi. Sonra başladı mənə hədə-qorxu gəlməyə ki, sənə pis olar. Hər şeyi elə ordaca eləmək istəyirdi”.

Təcavüzündən xilas olan aktrisanın yazdığına görə, məşhur rejissor gözlərini ona zilləyib: “Qıpqırmızı olmuşdum utandığımdan. O da mənə baxırdı. Bu vaxt belə bir şey dedi: “Sənin kariyeranı məhv edərəm”.

Aktrisa daha sonra yazır ki, məşhur rejissor həqiqətən də onun işinə əngəl törətdi, “Oskar”a namizədliyini təqdim etmədi, başqa filmlərdə oynamağına imkan yaratmadı.

Tippi Hedrenin anası qızının kariyerasını Hiçkokun məhv etdiyini təəssüflə təsdiq edir, ancaq onu da əlavə edir ki, övladının həyatını məhv etməyə imkan verməyəcək.

Aktrisa rejissorla münasibətlərinə baxmayaraq, onun ölümünə kədərləndiyini və 1980-ci ildə tabutunu görəndə hamıdan daha çox heyrətləndiyini də yazır.

# 1191 dəfə oxunub

Müəllifin son yazıları

# # #