Vudi Allenin yeni filmi mayda göstəriləcək

Vudi Allenin yeni filmi mayda göstəriləcək
31 mart 2016
# 13:09

Vudi Allenin “Kübarlar klubu”adlı yeni filmi 69-cu Beynəlxalq Kann Festivalında göstəriləcək. Kulisin rus mətbuatına istinadən verdiyi məlumata görə ötən əsrin 30-cu illərinin Nyu-Yorku və Hollivudu haqqında olan ekran əsəri mayın 11-də müsabiqədən kənar nümayiş olunacaq.

Filmdə Ceyms adlı cavan oğlan məşhur gecə klubu “Cafe Society”-ni ziyarət edir. Burda dövrün məşhur cazmenləri konsert verir. Ceyms başa düşür ki, öz arzusuna nail olmaq üçün mütləq Hollivuda getməlidir.

Filmin rejissoru və ssenaristi Vudi Allendir. Baş rollarda Cessi Ayzenberq, Kristen Stüart, Stiv Karell və başqaları oynayır.

# 1889 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #