"Adi faşizm"in ssenaristi vəfat etdi

"Adi faşizm"in ssenaristi vəfat etdi
7 mart 2019
# 10:56

Rusiyanın məşhur kinotənqdiçi, teatrşünas və kulturoloqu, həmçinin “Adi faşizm” filminin ssenari müəllifi kimi tanınan Mayya Turovskaya vəfat edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 95 yaşlı Turovskayanın ölümü haqda “Seans” jurnalının baş redaktoru Lyubov Arkus danışıb.

Mayya Turovskaya sənətşünaslıq doktoru, SSSR yazıçılar İttifaqının və SSSR kinematoqrafçılar ittifaqının üzvü idi. Məqalələri “Teatr”, “Sovetskiy ekran”, “isskustvo kino”, “Kinovedskie zapisi”, “Moskovskiy navlyudatel” kimi jurnallarda çap olunub.

Mayya Turovskaya ssenari yazarı kimi Mixail Rommun “Adi faşizm”, həmçinin “Pyotr Martınoviç və böyük ömrün illəri”, “Kozintsovl bir saat”, “Ivan Kuzmiçin uşaqları” filmlərində çalışıb.

# 3194 dəfə oxunub

Müəllifin son yazıları

# # #