Kino mükafatının sahibləri bilindi

Kino mükafatının sahibləri bilindi
1 avqust 2018
# 10:41

Azərbaycan Kinematoqrafçılar İttifaqı milli kino günü münasibətilə ənənəvi illik mükafatlarının qaliblərini təsdiq edib.

İttifaqdan kulis.az-a verilən məluumata görə, bu ilki qaliblər xalq yazıçısı Anar ("Azərbaycan kinosu və mədəniyyəti qarşısında misilsiz xidmətlərinə görə"), bəstəkar Rauf Əliyev ("Eviniz abad" filminin musiqisinə görə - ölümündən sonra) və Ramiz Abutalıbovdur ("Cümhuriyyət tarixinin sənədli kinoda işıqlandırılması işində xidmətlərinə" görə).

“İttifaqın ənənəvi illik mükafatının məqsədi kinomuzda pozitiv tendensiyaları qeyd etməkdir. Kinonun inkişafı Dövlət Proqramının realizə olunmaması həyacan doğurur. Proqramın bir çox maddələri öz həllini gözləyir. İttifaqın katibliyi çətin durumla bağlı təcili addımların atılacağına ümid edib, həmkarlarını peşə bayramı münasibətilə təbrik edir” – deyə ittifaq katibliyindən bildirilib.

# 954 dəfə oxunub

Müəllifin son yazıları

# # #