“Filmimiz “Qızıl tülkü” mükafatı aldı

“Filmimiz “Qızıl tülkü” mükafatı aldı
8 dekabr 2017
# 09:49

Rejissor Şamil Əliyevin “Çölçü” filmi Hindistanın Kəlküttə şəhərində keçirilən “Cult” beynəlxalq film festivalında “Qızıl tülkü” mükafatının qalibi olub.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə kinostudiya tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

# 924 dəfə oxunub

Müəllifin son yazıları

# # #