Toronto festivalının qalibi bu film oldu

Toronto festivalının qalibi bu film oldu
19 sentyabr 2017
# 10:51

Toronto kinofestivalının qalibləri bəlli olub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 7-17 sentyabr tarixlərində keçirilən festivalın qalibi “Missuri, Ebbinq sərhəddində üç bilbord” qara komediyası olub.

Filmin rejissoru Martin Makdonaxdır.

Sənədli film nominasiyasında “Kəndin siması” (Aqnes Varda) filmi mükafatlandırılıb.

“Gecə çılğınlığı” seksiyasında Yozef Xanın “Canlanmış”, ən yaxşı debüt film olaraq isə “Luk’ Luk’l” qalib olub. Ən yaxşı qısa film nominasiyasında “Yük” filmi (Niki Lindroth von Bahr) seçilib.

Xatırladaq ki, Toronto kino festivalında filmləri ənənəvi olaraq jüri heyəti yox, tamaşaçılar seçir.

# 1031 dəfə oxunub

Müəllifin son yazıları

# # #