İsrafil İsrafilov beynəlxalq festivalda

İsrafil İsrafilov beynəlxalq festivalda
16 iyun 2017
# 13:30

İyunun 17-də Qazaxıstanın paytaxtı Astana şəhərində I Ümumdünya Teatr Festivalı işinə başlayır. Kulis.azın məlumatına görə dünyanın ən məşhur teatr kollektivləri iştirak edəcəyi festivalda Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edəcək.

Teatrşünas alim beynəlxalq aləmdə tanınmış teatr mütəxəssislərdən təşkil edilmiş münsiflər heyətinin tərkibinə daxil edilib. On gün davam edəcək Ümumdünya Teatr Festivalında oynanılacaq tamaşaların ən uğurlusu münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Qeyd edək ki, Festivalda Rusiyanın Moskva Bədaye Teatrı, Gürcüstanın Şota Rustaveli, Belarusun Y.Kupala adına teatrları ilə yanaşı, Almaniyanın, Çinin, Qazaxıstanın, Cənubi Koreyanın, Latviyanın teatr kollektivləri iştirak edəcək.

# 1835 dəfə oxunub

Müəllifin son yazıları

# # #