“Xoxan” filmi 600 min manat qazandı

“Xoxan” filmi 600 min manat qazandı
31 mart 2015
# 11:59



Son bir ildə Azərbaycanda ard-arda bir neçə geniş tamaşaçı kütləsi yığan komediya filmi çəkildi.

Müstəqil maliyyə ilə çəkilən bu komediyaların nümayişi paytaxtın kinoteatrlarında anşlaqla keçir. Üstəlik, ölkənin başqa şəhərlərində də nümayiş olunub.

Etibarlı mənbədən aldığımız məlumata görə, adıçəkilən filmlər arasında ən çox gəlir götürən “Xoxan” filmi olub. Ümumilikdə 150 min tamaşaçının baxdığı film 600 min manat qazanıb. Filmin büdcəsi isə bu məbləğdən dəfələrlə azdır.

Qeyd edək ki, “Xoxan”ın rejissoru Samir Kərimoğludur. Baş rolları Fərda Xudaverdiyev və Elməddin Cəfərov ifa edir.

# 2427 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #