“Çölçü” filmi beynəlxalq festivalda

“Çölçü” filmi beynəlxalq festivalda
5 yanvar 2018
# 16:09

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi “GOLD MOVIE AWARDS” beynəlxalq festivalının “GODDESS NIKE” mükafatının finalına vəsiqə qazanıb.

Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, təqdimetmə mərasimi yanvarın 11-də Londonda keçiriləcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş film beş qitəni əhatə edərək 33 beynəlxalq film festivallarında iştirak edib, bir sıra mükafatlara layiq görülüb. “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.

“Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atasının vəfatından sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun tanımadığı dünyaya daxil olur...

# 991 dəfə oxunub

Müəllifin son yazıları

# # #