"Vicdan haqqı"nın aqibəti necə olacaq?

"Vicdan haqqı"nın aqibəti necə olacaq?
27 iyul 2017
# 16:38

"Vicdan haqqı" serialının əsas personajlarından birini oynayan aktyor İlham Hüseynov əməliyyatdan sonra özünü yaxşı hiss edir. O, serialdakı rolunu davam etdirəcək.

Serialın rejissoru Rövşən İsaxın Kulis.az-a verdiyi açıqlamaya görə, aktyor artıq əsa ilə yeriyir və yaxın zamanlarda çəkilişə davam edəcək. “Biz indi də birlikdəyik, İlham Hüseynov özünü yaxşı hiss edir. Gələcək seriyalarda onun İmranını görə biləcəksiniz əlbəttə ki. İmransız serialın dadı-duzu yoxdur”.

Xatırladaq ki, “Vicdan haqqı” serialında İmran obrazı ilə tamaşaçıların sevgisini qazanmış əməkdar artist İlham Hüseynov ortroz xəstəliyinə görə cərrahiyə əməliyyatı keçirib. Cərrahiyyə əməliyyatı zamanı aktyorun çanaq oynağının yuxarı hissəsi dəyişdirilərək, süni protezlə əvəz edilib.

Mövsüm finalına çıxan "Vicdan haqqı" ATV-də yayımlanır və ölkədə ən reytinqli serial hesab olunur.

Image result for vicdan haqqı imran

# 1469 dəfə oxunub

Müəllifin son yazıları

# # #