Kusturitsa Dostoyevskidən film çəkəcək

Kusturitsa Dostoyevskidən film çəkəcək
15 iyul 2017
# 16:13

Rejissor Əmir Kusturitsa Dostoyevskinin əsərləri əsasında film çəkəcək.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, məşhur rejissor filmi Çində çəkməyi düşünür. “Mən Çin firması ilə müqavilə bağladım. Bu filmdə insanın mənəvi qarışdurmasından bəhs olunacaq. Hansı ki, bu dilemma Dostoyevski yaradıcılığına xasdır. Başqa bir aspektdən, çin cəmiyyətinin gözü ilə Dostoyevski yaradıcılığı təqdim olunacaq. Rus klassikasının mövqeyini müasir dövrə yaxınlaşdırmaq filmin ideyasını təşkil edir”.

Kusturitsanın sözlərinə görə, artıq filmin sserasini yazmağa başlayıb.

# 908 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #