ADO teatrı beynəlxalq foruma qatılacaq

ADO teatrı beynəlxalq foruma qatılacaq
29 noyabr 2016
# 16:58

Müstəqil ADO teatrı Gürcüstanda keçiriləcək beynəlxalq foruma qatılacaq. Teatrın PR Meneceri Kamal Akenin Kulis.aza verdiyi məlumata görə ADO adından teatrın fransız aktrisası Elsa Furtado iştirak edəcək.

Tədbir 8 və 9 dekabr tarixlərində baş tutacaq. Tədbirlə əlaqədar teatrın rəhbəri Elmin Bədəlov da Gürcüstana gedəcək. Eyni zamanda bu formda dünyanın bir çox ölkələrindən Tiflisə gəlmiş mədəniyyət adamları da iştirak edəcək. Forumda eyni zamanda Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldoviya, Ukrayna mədəniyyət nazirliklərinin əməkdaşları iştirak edəcək. Burada əsas olaraq kreativ mədəniyyət haqqında mübadilədən danışılacaq. Forum şərqdə kreativ mədəniyyətin inkişafına həsr olunub.

Tədbirdə əsas məqsədi digər ölkələrdən gələn mədəniyyət insanlarının bir-biri ilə tanışlığı və birgə iş birliyi etmələri üçün yaradılmış bir şəraitdir. ADO teatrı bir neçə beynəlxalq festivallarda iştirak edib. Hətta bu ilin yayında Tiflis şəhərində qastrolda olub və teatr bu şəhərdə 3 gün ara vermədən STOP adlı tamaşasını nümayiş etdirib.

# 1194 dəfə oxunub

Müəllifin son yazıları

# # #