“Ceyms Bond”un rejissoru vəfat etdi

“Ceyms Bond”un rejissoru vəfat etdi
22 aprel 2016
# 15:14

İngilis rejissor Qay Hamilton 93 yaşında vəfat edib. Kulis.az-ın haberturk.com-a istinadən verdiyi xəbərə görə bu barədə məlumatı aktyor Roger Mur özünün Twitter hesabından paylaşıb.

Qay Hamilton “Ceyms Bond” çox seriyalı filminin 4 seriyasının rejissoru olub.

O, bu seriyadan olan “Qızıl barmaq”, “Yaşa və qoy ölüm”, “Qızıl silahlı adam”, “Ölümsüz almazlar” filmlərini çəkib.

Hamilton “Ceyms Bond” filmlərinin bəzilərində aktyor Roger Murla birlikdə çalışmışdı.

Rejissorun son filmi 1989-cu ildə çəkdiyi “Try This One For Size” olub.

# 976 dəfə oxunub

Müəllifin son yazıları

# # #