“Gənc tamaşaçılar”da sərgi olacaq

“Gənc tamaşaçılar”da sərgi olacaq
9 iyun 2016
# 16:34

İyun 11-i, saat 18:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində “Rənglər, duyğular, düşüncələr” adlı rəsm sərgisi keçiriləcək. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə sərgi Teatr və Dövlət Rəsm Qalereyasının birgə layihəsi çərçivəsində həyata keçiriləcək.

Sərgidə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc rəssamları – Elşən Sərxanoğlu, Elnur Babayev, Telman Şıxıyev, Şahin Hüseynli, Yekaterina Bıçkova ilə yanaşı Rəsm Qalereyasının 5 rəssamının işləri təqdim olunacaq.

Həmin gün sərgidən sonra saat 19:00-da teatrda “Qohumlar” tamaşasının premyerası göstəriləcək. Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, RF-nin Əməkdar İncəsənət Xadimi və Azərbaycan Respublikası Fəxri Mədəniyyət İşçisi Boris Manciyevin hazırladığı tamaşa Kalmık dramaturqu Baatr Basanqovun “Təəccüb doğuran hadisə” əsərinin motivləri əsasında Vera Şuqrayeva və Əli Əmirli tərəfindən səhnə üçün işlənilib.

# 911 dəfə oxunub

Müəllifin son yazıları

# # #